Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.
Bunu açıqlamasında B. Kərimovun atası Yaşar Kərimov bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub. Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.
Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.
Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…