Kateqoriyalar: HadisəÖlkə

Şəhid Şakir Qasımovun hər kəsi göz yaşına boğan sözləri: “Mən şəhid olmasam, oğlum olar” – VİDEO

Yüzlərlə əsgərin həyatını xilas edərək, şəhid olan qəhrəmanı heç kim unutmayacaq. Baş leytenant, tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu Vətən Müharibəsinin ən cəsur qəhrəmanlarından biridir.  

Müharibənin ilk günlərində Tərtər istiqamətində gedən döyüşlərdə igidlik nümayiş etdirib. Neytral əraziyə girərək, yüzlərlə yaralı əsgərimizi xilas edib.

Döyüşlərdə bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alan Ş.Qasımov bir qulağının eşitməsini də tamamilə itirir. Hərbi hospitala gətirilsə də, “burada uzanmaqdan utanıram” deyərək döyüş bölgəsinə geri qayıdıb.

Yaralı əsgərlərə kömək etmək üçün könüllü dəstə yığaraq, yola düşən qəhrəmanımız Suqovuşanda düşmən tankı ilə üz-üzə gəlir. Yoldaşlarına xəbər vermək üçün havaya atəş açan Ş.Qasımov düşmənin iki əsgərini məhv edərək, əsgər yoldaşlarının həyatını xilas edib və  xalqımızın qəlbində silinməz iz qoyub…

Oğluna şəhid Murad Mirzəyevin adını verən şəhid Şakir Qasımov döyüşə getməzdən əvvəl həyat yoldaşına “mən şəhid olmasam, oğlum şəhid olar” deyib, övladlarını ailəsinə tapşırıb, Vətənini qorumağa yollanıb…

Şəhidimizin vətənə əmanət iki övladı qalıb.

Allah rəhmət eləsin!

https://player.baku.tv/embed/29607

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024