Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) sığorta sektorunun cari vəziyyətinin müzakirəsinə dair görüş keçirilib.
aranxeber.com-ın “APA-Economics”-ə istinadən verdiyi məlumata görə, görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli və sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.
İ. Alışov Assosiasiyanın sədri M. Abbasbəylini sədr vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və gələcəkdə hər iki qurumun daha aktiv əməkdaşlığı nəticəsində sığorta sektorunun inkişafına dair əsas hədəflərə nail olunması üçün həyata keçiriləcək tədbirlər barədə danışıb. İ. Alışov qeyd edib ki, sığorta sektorunun tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və institusional boşluqların aradan qaldırılması, Strateji Yol Xəritəsində nəzərdə tutulan kənd təsərrüfatı sığortası, mikro və müştərək sığorta mexanizmlərinin yaradılması, icbari tibbi sığortanın inkişaf etdirilməsi, ümumilikdə sektorun elektronlaşdırılması və digər istiqamətlər üzrə birgə səylərin artırılması hər iki qurum qarşısında duran əsas prioritet məqsədlərdir. Baş icraçı direktor Assosiasiyanın sədr vəzifəsinə təyinatın həm sektorun, həm də requlyatorun fəaliyyətində effektiv təsir edəcəyinə ümid etdiyini bildirib.
M. Abbasbəyli Palatanın Assosiasiyadan gözləntiləri barədə məlumat verib və yaxın gələcəkdə bu istiqamətdə görülməli olan işlərin planlamasını təqdim edib.
Görüşdə, həmçinin sığorta sektoruna nəzarət çərçivəsinin qiymətləndirilməsinin aparılması, attestasiya və lisenziyalaşdırma üzrə prosedurların təkmilləşdirilməsi və digər mövzular üzrə təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb. Baş icraçı direktor tərəfindən nəzarət mexanizmlərinin gücləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, sağlam, şəffaf sığorta sektorunun formalaşdırılması istiqamətində tövsiyə və tapşırıqlar verilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…