Kateqoriyalar: DünyaHadisə

Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının bəzi detallarını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışıqlar barəsində öz  versiyasını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında yazıb.

“Mən Rusiya Prezidenti Vladimir Putinə zəng etdim. O, mənə dedi ki, onun fikrincə, razılaşma Rusiya təkliflərinə uyğun olmalıdır.

Yəni “status məsələsi” təxirə salınmalı, rayonlar Azərbaycana qaytarılmalı və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir.

Mən isə dedim ki, sülhməramlılar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və Laçın Dəhlizinin sərhədləri boyunca yerləşdirilməlidir.

Ertəsi gün Putin zəng edib Azərbaycan Prezidenti İlham Əliyevin Hadrut və Talışdakı işğaldan azad olunmuş mövqelərdən çəkilmək niyyətində olmadığını və faktiki təmas xətti boyunca sülhməramlıların yerləşdirilməsinə razı olduğunu söylədi”.

Paşinyan əlavə edib ki, erməni tərəf də azərbaycanlıların Şuşaya qayıtması ilə bağlı öhdəlik götürməli idi: “Bu şəkildə atəşkəsə razılaşa bilməzdim. Çünki Hadrut məsələsi ilə razılaşsam da, Şuşanın Azərbaycana qaytarılması məsələsini təsəvvür etmədiyimi bildirdim. Rusiya prezidenti bu fikrimi eşidəndə çox təəccübləndi”.

Ermənistan baş nazirinin sözlərinə görə, problem bu vəziyyətdə Şuşada azərbaycanlı əhalinin sayının 90 faizi keçməsi və Xankəndiyə gedən yola nəzarət edəcək olmaları idi.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024