Ermənistan Müdafiə Nazirliyi 3 noyabr gecəsi Qarabağda gedən döyüşlərlə bağlı açıqlamasında Azərbaycan ordusunun uğurlar əldə etməsini dolayısı ilə etiraf edib.
Musavat.com erməni mediasına istinadən bu barədə məlumat verir. Rəsmi açıqlamada bildirilir ki, ötən gecə döyüşlər şərq, cənub-şərq və cənub istiqamətlərində davam edib. Göstərilən istiqamətlədə Azərbaycan ordusuna qarşı müqavimət göstərdiklərini iddia edən erməni tərəf ardınca vurğulayıb ki, cəbhənin şərq istiqamətində “kiçik ərazidə”, “Ermənistan ordusu taktiki səbəbdən geri çəkilib”. Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, bu, döyüşlərin sonrakı mərhələsində yaxşı mövqelər əldə etmək üçün edilib.
Qeyd edək ki, İrəvan rəşadətli Azərbaycan ordusu qarşısında məğlubiyyətini birdəfəlik etiraf etməkdənsə, mövqelərin “taktiki gediş səbəbindən” təhvil verildiyini davamlı şəkildə açıqlamaqdadır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…