Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu Moskvada satışa çıxarılıb.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, “366 gün sevgi. Qış. Yaz. Yay. Payız” («366 дней любви. Зима. Весна. Лето. Осень.») adlı şeirlər toplusunun paytaxtın kitab mağazalarında satışına başlanılıb.
Şeirlər toplusunda müəllif Leyla Əliyeva oxucularına müraciətində bildirib: “Əziz oxucu, çox sağol ki, bu kitabı əllərində tutursan. Qoy sənin hər günün, hər anın ilboyu günəşli olsun!
Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə hədiyyət etmək istəyirəm!
Sizə sevgi arzulayıram. Qoy, heç zaman sevgi sizi tərk etməsin!”
Qeyd edək ki, dörd cildlik şeirlər toplusunda Leyla Əliyevanın 2016-2017-ci illərdə qələmə aldığı şeirlər yer alıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…