Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar NATO Müdafiə nazirlərinin onlayn formatda keçirilən iclasında iştirak edib.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Türkiyəli nazir verdiyi açıqlamada iclasda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin də müzakirə edildiyini bildirib.
“Sülh və sabitliyin təmin olunması üçün nələrin edilməli olduğuna dair fikirlərimizi ifadə etmək fürsəti tapdıq. Bizim söylədiyimiz əsas mövzu – Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının əsas şərtinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və bu ərazini dərhal tərk etməsidir. Bu məqamı da danışıqlar zamanı dilə gətirdik”, – deyə H.Akar bildirib.
Türkiyənin Milli Müdafiə naziri həmçinin iclas zamanı ölkəsinin Azərbaycan türkləri ilə bərabər olduğunu, haqlı mübarizəsində Azərbaycanın yanında dayandıqlarını dəfələrlə təkrarladığını qeyd edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…