“Səfirlə görüşdə mən bir daha təsdiqlədim ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll olunmasına ümid edirəm”.
Bunu Albaniya Prezidenti İlir Meta “Facebook” hesabında qeyd edib.
O, Azərbaycanın ölkəyə təyin olunan yeni səfiri Anar Hüseynovun etimadnaməsini qəbul edərkən bildirib ki, iki ölkə arasında çox yaxşı olan siyasi münasibətlərə dəyər verir və xüsusilə də enerji, turizm və kənd təsərrüfatı sahələrində azərbaycanlı investorlarının daha geniş iştirakını diləyir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…