Kateqoriyalar: Ölkə

Ədliyyə Nazirliyi Akif Çovdarovun səhhətinin pisləşməsi barədə məlumatlara münasibət bildirib

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkilinin onun səhhətində yaranmış problemlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Tibb Baş İdarəsindən APA-ya deyilib ki, A. Çovdarovun vəziyyəti stabildir, o həkim nəzarəti altındadır.

İdarədən onu da bildiriblər ki, A. Çovdarova lazım olan müayinələr və müalicələr aparılır: “Akif Çovdarovun öz istədiyi həkim tərəfindən müayinələri təşkil olunur. Hospital və müalicə müəssisəsinin kardioloq – mütəxəssislərinin mütəmadi müayinələri aparılır. Öz həkimlərinin rəyləri ilə hospital və müalicə müəssisəsinin rəyləri üst-üstə düşür. Akif Çovdarov təyin edilən müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyəti stabil olur. Hazırda onun vəziyyəti stabil olaraq qalır”.

Qeyd edək ki, A. Çovdarovun vəkili onun səhhətində problemlər olduğu barədə açıqlama verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024