Kateqoriyalar: HadisəÖlkə

27 illik həsrətdən yeni ümid doğur – QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA

İşğal altındakı torpaqlarımızın azad edilməsi fonunda hər gün vətəndaşlarımızın yeni arzuları, yeni xatirələri ilə bağlı paylaşımlar üzə çıxır. 

Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…

Belə ümid dolu paylaşımlardan biri də Rəşad Alızadənin babasından yadigar qalan maşınla bağlı olub

O, xatirəsi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

R.Əlizadənin sözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:

“Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…

İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.

“27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.

Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beş ilin davamını yaşamağa bu maşınla gedəcəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024