2020-ci ilin yanvar-avqust aylarında idxalda daha çox paya malik olan ölkәlәr üzrә idxalın dәyәri açıqlanıb.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, Azərbaycan məhsulların 18,7 faizini Rusiyadan idxal edir. Cari dövr ərzində ölkədən idxal olunan məhsulun dəyəri 1 milyard 249,3 milyon dollardır.
Belə ki, Azərbaycan 983,9 milyon dollarlıq Türkiyədən, 888,6 milyon dollarlıq Çindən, 495,6 milyon dollarlıq ABŞ-dan 354,6 milyon dollarlıq Almaniyadan, 276,9 milyon dollarlıq İtaliyadan, 198,3 milyon dollarlıq Böyük Britaniyadan, 181,7 milyon dollarlıq İrandan, 131 milyon dollarlıq Yaponiyadan, 117,3 milyon dollarlıq Koreyadan, 113,9 milyon dollarlıq Fransadan, 88,4 milyon dollarlıq Hindistandan məhsul idxal edib.
İdxalda maşınların, mexanizmlәrin, elektrotexniki avadanlıq vә aparatların, azqiymәtli metallar vә onlardan hazırlanan mәmulatların, kimya sәnayesi mәhsullarının, nәqliyyat vasitәlәrinin, hazır әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, bitki mәnşәli mәhsulların, plastik kütlә vә ondan hazırlanan mәmulatların, toxuculuq materialları vә mәmulatlarının dәyәri üstünlük tәşkil edib.
İdxalın 64,6 faizini avtomobil, 20,1 faizini dәmir yolu, 11,1 faizini hava, 4,1 faizini dәniz nәqliyyatı ilә gәtirilmiş, 0,1 faizini isә boru kәmәri vә elektrik ötürücü xәtlәri ilә nәql edilmiş mәhsulların dәyәri tәşkil edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…