Kateqoriyalar: HadisəÖlkə

Ağdaşda iki avtomobil toqquşdu: Üç nəfər öldü, dörd nəfər xəsarət aldı – FOTO-ARANXEBER

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Nəvətava kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala sakinlərinə məxsus “VAZ 2114” və “Chery” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri – 1990-cı il təvəllüdlü Oruc Heydərov, 1988-ci il təvəllüdlü Sadıqov Orxan Sadiq oğlu, 1990-cı il təvəllüdlü Muradov Sərxan Hacıəli oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Avtomobillərdə olan və adları hələ ki məlum olmayan 4 nəfər sərnişin isə ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə zamanı ölən və xəsarət alan şəxslər avtomobillərdə sıxılmış vəziyyətdə qaldıqları üçün əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsində yerləşən xilasetmə briqadası cəlb olunub, xüsusi kəsici alətlərdən istifadə olunaraq vətəndaşlar avtomobillərdən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024