Kateqoriyalar: HadisəÖlkə

“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı – FOTO

Nüfuzlu “The Guardian” nəşrində işğalçı Ermənistan ordusunun Azərbaycanın iri şəhərlərində yaşayış məntəqələrini SCUD tipli ballistik raket atəşinə tutması ilə əlaqədar məqalə dərc edilib.

Məqalədə yaşayış evlərinin yerlə bir olması, insanların dağıntılar altında qalmasından bəhs olunub.

Nəşr günahsız dinc əhaliyə qarşı xain hücumun gecə, insanların çoxunun yatan vaxtında baş verdiyini vurğulayıb.

“Gecə baş verən hücumdan sonra insanlar ev paltarında, ayaqyalın, şok vəziyyətində çölə çıxıblar. Şahidlərdən biri bildirdi ki, dəqiqələr içində dağıntılar altından körpə uşağın, iki qadının və dörd kişinin meyiti çıxarılıb.

“Biz yatmışdıq. Uşaqlar televizora baxırdılar. Ətrafdakı bütün evlər uçub-dağılıb. İnsanların çoxu dağıntılar altındadır. Bəziləri ölüb, bəziləri yaralanıb”, – deyə 65 yaşlı Rübaba Cəfərova dağılmış evinin qarşısında durub deyir. 

Başqa bir tərəfdə isə tibb işçisi tərəfindən zorla təcili yardım maşınına tərəfə aparan kişi “Mənim arvadım orada idi, mənim arvadım orada idi”, – deyə ümidsiz şəkildə hayqırırdı…”

Məqalədə faciənin miqyasından danışılarkən, xilasedicilərin ağır və məsuliyyətli işlərindən də söz açılıb:

“Xilasedicilər dağıntıların altında qalanların səslərin eşidilməsi üçün sakinləri sakitliyə çağırmaq məcburiyyətində idilər”.

Məqalədə o da xatırladılır ki, Gəncəyə ilk raket hücumu bundan altı gün əvvəl, şəhərin başqa bir məhəlləsinə olmuşdu. Həmin vaxt 10 dinc sakin həyatını itirmişdi.

“The Guardian” Mingəçevir şəhərinə raket hücumu barədə xəbər verib:

“Təxminən həmin vaxt Gəncə şəhərinə bir saatlıq məsafədə olan Mingəçevirə də raket atılıb. Partlayışın səsi binaları titrədib. Mingəçevir RƏM (raket əleyhinə müdafiə) sistemi ilə müdafiə olunur. Çünki strateji əhəmiyyətli su anbarı burada yerləşir. Partlayış səsindən sonra raketin havada məhv edildiyi, yoxsa hara isə dəydiyi tam aydın deyildi”, – deyə məqalədə əlavə edilib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024