Kateqoriyalar: HadisəÖlkə

Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı

Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərəkətə keçib və indi Ermənistanın quldurluqla ələ keçirdiyi torpaqları bir-bir geri alır.

“Haber Global” məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qətərdə ingilis dilində nəşr olunan “The Peninsula” qəzetinə müsahibəsində deyib.

“Ermənistanın soyqırım törətdiyi Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin illərdir bu soyqırıma və işğallara səssiz qalmasından ruhlanan Ermənistan mülki şəxslərə qarşı yeni hücumlarla təcavüzkar addımlarını davam etdirdi. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərini qurtarmaq üçün hərəkətə keçdi və indi Ermənistanın quldurluqla tutduğu əraziləri geri alır”, – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da “bir millət, iki dövlət” şüarı ilə haqlı mübarizəsində Azərbaycan dövlətinin və xalqının yanındadır:

“Azərbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməyə davam edəcəyik. Bu regional problemi həll etmək üçün sözdə təşəbbüs göstərdiklərini iddia edən dövlətlər və beynəlxalq strukturlar, təəssüf ki, problemi bu günə qədər həlledilməz vəziyyətə saldılar. Bu dövlət və qurumların münasibəti Ermənistana qol-qanad verdi və onun yeni işğalçılıq fəaliyyətinə başlamasına səbəb oldu. Qarabağ məsələsi son 30 ildə Qafqazın ən vacib böhran mövzusudur.

İllərdir nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemi Azərbaycanın faktiki mübarizə yolu ilə həll etməyə çalışması həm tarix, həm hüquq, həm də coğrafiya həqiqətlərinin bir zərurətidir. Bu problemi kökündən həll etmək üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır.

Hər fürsətdə türk millətinə qarşı aqressiv və düşmən mövqe tutmaqdan çəkinməyən Ermənistan bölgədəki sülh, sabitlik və əmin-amanlığa ən böyük maneədir”.

Türkiyə prezidenti bir daha beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa çağırıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024