“Fransa ona dəxli olmayan, özündən uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O, Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasının tələb olunması təklifini irəli sürüb:
“Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu gündəmə gətirib. İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək.
Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var. Üçüncü təklifim isə budur ki, Türkiyə hərbi əməliyyatlar həyata keçirəndə məscidlərdən azan səsi yüksəlirdi və əsgərlər üçün dualar oxunurdu. Azərbaycanda da bu qədər məscid var. Burada da hər gün azan səsinin ucalması əsgərlərə mənəvi olaraq ruh yüksəkliyi verər”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…