Kateqoriyalar: Ölkə

İmişlidə 22-23 min ton pambıq istehsalı proqnozlaşdırılır.

İmişlidə pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə sahələrdən 53 tondan çox məhsul yığıblar. Hər gün sahələrdən 13-15 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük edilən məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Bu il imişlili pambıqçılar 7 min 923,8 hektar sahədə pambıq əkiblər. Ötən il sahələrdən 19 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
     Bir neçə gündür ki, rayonda pambıq yığımına başlanılıb. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq. Bunun üçün 33 kombayn saz vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib.
     Mirili kənd sakini fermer Elxan Məmişov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 22 hektar pambıq sahəsinin hər hektarından 48 ton məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 22 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada qulluq etdiyimdən bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Sahədə qozalar tam açılmadığından hələlik yığıma başlamamışam. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq – deyə fermer bildirib.

Qeyd edək ki, bu il imişlili pambıqçılar becərdikləri sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024