Zərdabda qoyun-quzu oğulayan şəxslər saxlanılıblar
Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar. Zərdab, Göyçay və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil Əlibəşirov tutulublar.
Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab RPŞ-də dəstə üzvü Şamil Əlibəşirovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonu Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…