Kateqoriyalar: Hadisə

DTX əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb. 

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. 

Bildirilib ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.   

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024