Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) narazılıq edib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı sahəsində problemlər yarandığını deyib.
“TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb”, – deyə A.Nağıyev əlavə edib.
O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıdır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…