Kateqoriyalar: Sağlamlıq

TƏBİB: Bu gün sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur

Məqsəd yumşalmaya mərhələli şəkildə gedərək yoluxmaların sayına nəzarət etməkdir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur: “Artımları bu gün görürük. Ona görə də bəzi qərarların qəbulu gözlənilir. Əvvəlki problemlərlə yenidən qarşılaşmamaq üçün vəziyyətə ciddi yanaşmalıyıq. Hazırda artım var. Amma vəziyyət nəzarət altındadır”.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov bildirib ki, hamı, o cümlədən də həkimlər yumşalma istəyir: “Amma yumşalmaya gedərkən hamı bu qərarı verən insanlara kömək etməlidir. Bir-birimizə yardımçı olsaq, bu xəstəliyə qalib gələ biləcəyik. Tibbi maskasız mağazaya daxil olanlara təsir etmək lazımdır. Burada vicdan məsələsi var. Bunu hər kəs düşünməlidir. İnsanlar bütün sualları dövlət strukturlarına yönəldir. Dünyada bütün pandemiyalar bitib. Bu gün karantinlə xəstə sayının azaldılması ideal yol deyil. Amma bunun alternativi yoxdur. Hazırda dünya karantin rejimini əsas götürür. Biz də buna uysaq, xəstəliyin yayılma tempini azaldacağıq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024