Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “QAZel” markalı avtomobilin sürücüsü 39 yaşlı Fizuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə olarkən onunla əks istiqamətdə olan 65 yaşlı Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıblar.
Hadisə yerinə DYP əməkdaşları və təxliyyə maşını gəlib.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…