Kürdəmir rayon sakinləri Rauf Şükürov, Cəmil Babayev və Sevan Şəmiyev müxtəlif vaxtlarda Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus müvafiq olaraq 10, 13 və 8 baş olmaqla, ümumilikdə 31 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumat veriblər.
Bununla əlaqədar olaraq, Kürdəmir və Qəbələ Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisinin 7-ci tağımının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluqları törətmiş şəxslər saxlanılıb.
Araşdırmalarla həmin şəxslərin əvvəllər də analoji cinayətlərlə məhkum olunmuş 47 yaşlı Bərdə rayon sakini Sadıqov Həmid Kazım oğlu və 52 yaşlı Ağdam rayon sakini Nəsirov Nemət Həsən oğlu olduğu müəyyən edilib.
Hər iki şəxs saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə aparılıb. İlkin dindirilmə zamanı onlar etdikləri cinayət əməlini etiraf ediblər.
Araşdırma zamanı Həmid Sadıqov və Nemət Nəsirovun Qəbələ və İmişli rayonlarında da bənzər cinayət əməllərini törətdikləri məlum olub.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…