Kateqoriyalar: İdman

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqiblərinin sayı dördə düşdü

Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatmasından əvvəl UEFA iştirakçı komandaları qruplara bölüb.

Aranxeber xəbər verir ki, qitənin ali futbol qurumu püşkdə iştirak edəcək 34 komandanı 5 qrupa ayırıb.

Bu qruplardan üçündə 6, ikisində isə 8 komanda yer alıb.

Maraqlıdır ki, “Qarabağ” 8 komandalı qrupda səpələnmişlər sırasında yer alıb.

Azərbaycan çempionunun püşkatmadakı potensial rəqiblərinin sayı 4-ə düşüb.

Ağdam klubunun mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Səpələnmişlər sırasında “Qarabağ”la bərabər “Astana” (Qazaxıstan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Dinamo” (Tbilisi, Gürcüstan) da qərarlaşıb

Qeyd edək ki, püşkatma bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024