Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumat görə, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədəm kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…