Azərbaycanda əməkhaqlarının ən yüksək və ən aşağı olduğu rayon/şəhərlər məlum olub.
Aranxeber xəbər verir ki, ölkədə ən yüksək maaş əvvəlki kimi Bakı şəhərindədir. İkinci yeri sürpriz şəkildə Gədəbəy tutur. Bu həmin rayonda qızıl mədənlərinin olması və burada maaşların yüksək olması ilə bağlıdır. Elə həmin səbəbdən Daşkəsən də ölkədə maaşların ən yüksək olduğu ilk 4-lükdə yer alıb. Ölkədə yalnız bu şəhər və rayonlarda orta aylıq maaş 600 manatdan yüksəkdir.
Azərbaycanda ən kasıb rayonlar isə, işğal altında olan rayonları nəzərə almasaq, Zaqatala, Ağcəbədi və Qaxdır. Bu rayonlarda isə orta maaş 400 manata da çatmır.
Aranxeber Aran bölgəsinin ən varlı və ən kasıb rayonların siyahısını təqdim edir.
| Rayonun adı | Orta aylıq əməkhaqqı |
| Ağcəbədi | 398.8 |
| Bərdə | 400.3 |
| Ağdaş | 411.8 |
| Sabirabad | 415.1 |
| Zərdab | 420.6 |
| Beyləqan | 422.7 |
| Kürdəmir | 422.7 |
| Saatlı | 423.4 |
| Göyçay | 426.7 |
| Yevlax | 439.5 |
| Neftçala | 444.2 |
| Ucar | 459.6 |
| Mingəçevir | 465.1 |
| Hacıqabul | 465.2 |
| İmişli | 491.7 |
| Salyan | 503.4 |
| Biləsuvar | 524.8 |
| Şirvan | 557.3 |
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…