“Avqust ayı üzrə 190 manatlıq sosial ödəniş təkrar yoxlama aparıldıqdan sonra insanlara veriləcək”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu dövrdə kimlərsə yenidən işləyə bilər, əmək müqaviləsi imzalaya bilər, kimlərsə aztəminatlı meyardan çıxa bilər:
“Buna görə meyarlar üzrə təkrar yoxlama aparılacaq və yekun rəqəm bundan sonra açıqlanacaq ki, dördüncü ödəniş nə qədər insanı əhatə edəcək”.
“Sosial ödənişlərin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun keçən il aparılan islahatlar, saxta işlərin ləğvi hesabına ödənilir”, – deyə nazir qeyd edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…