İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində müxtəlif vaxtlarda oğurluqlar törədən şəxslər saxlanılıb.
Avqustun 1-də rayonun Otuziki kənd məktəbindən polis şöbəsinə daxil olan məlumatda məktəbin kompüter avadanlıqlarının oğurlandığı bildirilib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Otuziki kənd sakini Musa Məlikov saxlanılıb.
Məlum olub ki, adıçəkilən şəxs məktəbdən altı ədəd noutbuk və bir ədəd rəqəmsal televizor oğurlayıb.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu söyləyib.
Rayonda törədilən digər cinayət hadisəsinin üstü açılıb. İmişli şəhər, Nəsimi küçəsi, 16 ünvanında yerləşən evdən 110 manat məbləğində pul vəsaiti və 495 manat dəyərində mobil telefon oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.
Keçirilən əməliyyat nəticəsində hadisəni törədən Əlişir Tağıyev saxlanılıb. O da “həmkarı” kimi törətdiyi əməli etiraf edərək, peşmanlıq keçirdiyini bildirib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…