Kateqoriyalar: ÖlkəSosial

Bakıda dəniz yenidən hasarlanır – FOTO

“Bir il əvvəl Pirşağıda məşhur beş villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu, mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Daşdan tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr söküldüyünü müşahidə etdim”.

Oxu.Az-ın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:

“Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından, həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü üç metrə yaxın dəmir dirəklər basdırmışdılar.

Bu adamlar dövlətə və millətə meydan oxuyaraq, “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar Xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm.

Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə, nümayişkaranə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldur.

Ancaq bu gün daha bir sürprizlə qarşılaşdım. Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024