Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentliyin fitosanitar müfəttişləri bu dəfə Bərdə, Tərtər, Yevlax və Ağdam rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə əkin sahələrində monitorinq keçiriblər.
Monitorinq zamanı əkin sahələrində 8.8 hektar sahədə təhlükəli karantin alaq otu olan tikanlı quşüzümü (Solanum rostratum Dunal.) ilə sirayətlənmə aşkar edilib.
Təhlükəli karantin alaq otunun digər sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə 4.5 hektarda kimyəvi, 4.3 hektarda isə mexaniki üsulla mübarizə tədbirləri həyata keçirilib. Mexaniki üsulla mübarizə nəticəsində sahədən yığılmış tikanlı quşüzümü yandırılaraq məhv edilib.
Dərmanlanmış sahələrin kənarlarına isə kimyəvi mübarizənin aparıldığı barədə xəbərdaredici lövhələr quraşdırılıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…