Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakininin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və yaşadığı evdə saxlaması, daşıması, habelə evinin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.
Aranxeber xəbər verir ki, keçirilən əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş Balaş Nəhmədov saxlanılıb.
Polis əməkdaşları Balaş Nəhmədovun yaşadığı evə baxış keçirib. Oradan 77 ədəd ümumi çəkisi 15 kq olan çətənə bitkisi aşkar olunaraq, maddi sübut kimi götürülüb.
Polis əməkdaşları Balaş Nəhmədovu saxlayaraq şöbəyə gətirib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…