Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.
Aranxeber xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qadağa qüvvədə qalır:
“Həmçinin, Bakı və Sumqayıt şəhərlərinə də giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların giriş-çıxışında polis postları əvvəlki qaydada fəaliyyət göstərəcək. Yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək”.
E.Zahidov həmçinin əlavə edib ki, bütün bu tədbirlər vətəndaşların sağlığı üçün həyata keçirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…