Kateqoriyalar: Hadisə

Qaxda polislər ilan sancmış şəxsin həyatını xilas ediblər

Qax Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları rayonun Qıpçaq kəndi ərazisində xidmətdə olan zaman yol kənarında dayanan avtomobildəki sürücü və sərnişinlərin təlaş içində olduğunu görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar.

Sürücü avtomobildə sərnişin qismində olan şəxsi ot biçən zaman ilan sancdığını və təcili olaraq xəstəxanaya çatdırılmalı olduğunu, ancaq avtomobilindəki nasazlıq səbəbindən vaxt itirdiklərini bildirib.

Polis əməkdaşları Mansur Rəsulov və Bəhruz Qurbanlı dərhal həmin şəxsi öz xidməti avtomobillərinə əyləşdirərək, tez bir zamanda Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən ilan sancmış şəxsə lazımi tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024