Kateqoriyalar: Hadisə

Qazaxda pivə gecikdi, qan töküldü – TƏFƏRRÜAT

Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.

Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.

Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.

Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024