Kateqoriyalar: HadisəÖlkə

Günün videosu – erməniyə görə meyvə-tərəvəz satan soydaşımızı vuran rusun bildiyi dildə danışıb üzr istətdilər

Bu video iki hissəlidir, bir yarısı 2-3 gün əvvəl çəkilib, o bir yarısı – bu gün.

Videoda görünənlər isə eyni adamlardır – 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı cüssəli, slavyan görünüşlü şəxs.

Videonun birinci hissəsində rusun necə aqressiv olduğu və idmançı cüssəsindən istifadə edərək həmvətənimizi fiziki təzyiqə məruz qoyduğu, təhqir etdiyi görünür. Hətta axırda hündürdən və qəzəbli səslə soruşur: “Ponyal?” (“Başa düşdün?”). Onun bu cür aqressivliyinin səbəbi isə erməni təəssübkeşliyidir. Azərbaycanlı satıcı “erməniyə mal satmıram”, deyə, elan yapışdırıb. Bu da videoda görünən rusun xoşuna gəlməyib və…

İkinci hissədə isə onun gəlib döydüyü azərbaycanlıdan üzr istədiyi, baş verənlərin anlaşılmazlıq olduğunu dediyi görünür. Bu, o deməkdir ki, artıq onun özünü başa salıblar ki, düz hərəkət etməyib.

Onun başa salındığına dəlalət edən fakt odur ki, idmançı rus həmvətənimizlə söhbət edərkən videokameraya yaxşı düşsün deyə, yanpörtü durur.

Əlbəttə, videonun birinci hissəsi – ermənilərə sərf edən həmin videogörüntü təşkil olunmuş aktın lentə alınmasından ibarət idi. İkinci hissə də təsadüfi çəkiliş deyil. Bunu da bizimkilər təşkil ediblər.

Belə olmalıdır – sadə və sakit zəhmətkeşi təhqir edənlər sonda üzr istəməlidirlər. Onları başa salmaq lazımdır.

Heç nə özbaşına olmur. Demək, kadr arxasında da güclü olmaq lazımdır ki, üstümüzə aqressiya püskürən bir gün gəlib belə üzr istəsin.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024