Bir qrup beynəlxalq elm xadimi yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində fəal istifadə olunan “Remdesivir” dərmanından daha təsirli olması qənaətinə gəlib.
“Cell Discovery” jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin – heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.
Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə “Remdesivir” də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.
“Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər hansı biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.
Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək və hətta qarşısını almaq mümkündür”, – deyə, tədqiqatçılardan biri – professor Robert Linhardt bildirib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…