Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul-3 avqust tarixlərində qeydiyyatdan keçməlidirlər
2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul – 3 avqust 2020-ci il tarixlərində verilən link vasitəsilə http://eservices.dim.gov.az/erizetex/qabiliyyet qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki sabah gün ərzində aktiv olacaq.
Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:
– Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
– Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
– Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
– Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
– Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.
Qabiliyyət imtahanları ləğv edilmiş XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə kolleclərə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…