Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron Suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
Bununla bağlı DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99-SR-115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb.
Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib. O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib.
Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…