Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Serbiya tərəfindən Ermənistana çoxlu sayda minaatan və digər silahların tədarük edilməsi barədə məlumatdan dərin narahatlıq keçirdiyini ifadə etmişdi.
Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib.
“2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma bilirik ki, şirkət əsasən avtomat və tapançalar verir. Anlaşmanın ümumi məbləği isə bir milyon avrodan azdır. Sözügedən yük may-iyun aylarında Ermənistana çatdırılıb,” – Lyaiç Nova.rs portalına deyib.
Lyaiç onu da vurğulayıb ki, rəhbərlik etdiyi nazirlikdən əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atıb. Nazir Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu deyib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…