Kateqoriyalar: Ölkə

Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi iddiaları ilə bağlı nazirlikdən AÇIQLAMA + VİDEO

Son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərə Müdafiə Nazirliyindən rəsmi münasibət bildiriblər.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır:

“Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.

Bildiririk ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.

Eyni zamanda, qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.

Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024