Kateqoriyalar: Dünya

Conni Depp 13 yaşlı qızını marixuanaya qonaq edib

Hollivud ulduzu Conni Depp 13 yaşlı qızı Lili Rouzu marixuanaya qonaq edib.

Bu barədə “Evening Standard” nəşri xəbər yayıb.

Artist bunu məsuliyyətli valideynin davranışı adlandırıb. O, Vanessa Paradidən olan qızının narkotikin dadına baxmaq istədiyini bildirib. Buna görə də, Depp övladının bu addımı onun nəzarəti altında ata biləcəyini düşünüb.

Aktyor vurğulayıb ki, Lili Rouza marixuana verməzdən əvvəl bunu onun anası ilə müzakirə edib.
“Qızım “party”də olduğu vaxt kimsə ona marixuana verib. Onun cəmi 12 yaşı var idi və o nə edə biləcəyini anlamadığını dedi. Mən dedim: “Qulaq as, əzizim, əgər sən “party”dəsənsə və kimsə sənə marixuana verirsə, onu al və başqasına ötür”, – deyə, Depp xatırlayır.

C.Depp qızına tanımadığı insanların əhatəsində narkotiklərlə eksperiment aparmağın yaxşı fikir olmadığını başa salıb. 

Aktyorun sözlərinə görə, o, qızının ona etimad etməsini istəyib.

Ona marixuana verməzdən əvvəl evdə uyğun şərait yaradıb: Televizoru hazırlayıb, dondurma alıb.

Deppin özü “ketamin”dən başqa, bütün narkotiklərin dadına baxdığını etiraf edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024