Kateqoriyalar: MaraqlıÖlkə

Karantin dövründə Qurban bayramı necə olacaq? – VİDEO

Qarşıdan Qurban bayramı gəlir. Bu bayram islam ölkələrində, o cümlədən, Azərbaycanda geniş və təmtəraqlı qeyd olunur.

Aranxeber  xəbər verir ki, amma bu il bir çox bayramlar kimi, Qurban bayramı da pandemiya dövrünə təsadüf edəcək. Bayramda əsas məsələ gigiyenik qaydalara, əsas da yoluxma riskinin az olması üçün sosial məsafəyə diqqət etməkdir.

Qəssabların sözlərinə görə, bayramda ət kəsimi karantin şərtlərinə uyğun aparılacaq. Kütləvilik və anti-sanitar vəziyyətə şərait yaradılmayacaq. Qurbanı fərdi şəkildə kəsənlər şəxsi gigiyenaya diqqət yetirməklə ev şəraitində bunu həyata keçirə bilərlər.

Bəs onlayn şəkildə qurban ətini necə əldə etmək mümkündür? Ekspertlər bu məsələdə mövcud təcrübədən yararlanmağı təklif edirlər.

Respublikanın Baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyir ki, əti əvvəlcədən market və ya ət kəsimi məntəqələrindən sifariş edərək, müəyyən olunan vaxtlarda da ət kəsimi məntəqəsinə yaxınlaşaraq sifarişi təhvil almaq daha məqsədəuyğundur. Həmçinin heyvan kəsimində iştirak edən hər kəs həkim müayinəsindən keçməlidir. Sağlamlıq sənədi olmayan şəxslər bu işin icrasından uzaqlaşdırılacaqlar.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024