Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov saxlanılaraq RPş-nə gətirilib.
Onun kustar üsulla hazırladığı 2 büküm heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metodon və 26 ədəd tramadol həbləri, eləcə də 8 qramdan artıq metodon tozu, 2 qramdan artıq heroin, 1 ədəd şüşə flakonda tiryək məhlulu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirlir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…