Ölkəmizin tarixində ən çox yüklənilən və oynanılan oyun – “PUBG Mobile” üzrə yeni liqaya məhz Azərbaycanın Silahlı Qüvvələr Günü – 26 iyun tarixində start verildi.
Ümumilikdə 16 komanda 12 turdan ibarət marafonda mükafatlar uğrunda mübarizə aparacaq. “Gaming League Azerbaijan”ın təşkil etdiyi liqada iştirak hüququ əldə etmək üçün 200-ə yaxın komanda qeydiyyatdan keçib.
Seçmə mərhələdən qalib ayrılan kollektivlər arasında videobloqer Əlixan Rəcəbovun komandası da yer alır və onlar baş mükafatı qazanmaq üçün döyüşəcəklər. Turnirin ümumi mükafat fondu 5 000 manat nəzərdə tutulub.
“PUBG Mobile”ın xüsusiyyətləri:
Oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” həm də hərbi işin əsaslarını öyrətməklə yanaşı, istifadəçilərə resursların düzgün idarə edilməsini öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da oyunçunu vaxtını səmərəli şəkildə xərcləməyə vadar edir.
Liqanın qaydaları:
Dörd nəfərlik komandalarla oynanılacaq liqada iştirakçılar müxtəlif xəritələrdə və fərqli şərtlərlə sağ qalmağa çalışacaqlar. İlk sıralarda yer alacaq kollektivlərə verilən xallardan əlavə “kill”, yəni öldürdüyü rəqib sayına görə də xallar hesablanacaq.
Liqanın əsas məqsədi ölkədə bu oyunu ən güclü bacaran komandaları və oyunçuları tapmaq, onları dünya arenasına çıxarmaq, eləcə də karantin günlərində evdə oturan gənclərin vaxtlarını daha səmərəli keçirmələrinə yardım etməkdir.
Tarix: 26.06.2020
Başlama saatı: 20:00
İzləmək üçün: “Gaming League Azerbaijan” YouTube kanalı
Ətraflı məlumat: @glahub İnstagram səhifəsi
Təşkilatçılar: “Gaming League Azerbaijan”, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…