Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.
Aranxeber xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman dörd qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…