ABŞ-ın Miçiqan ştatının məhkəməsində tutuquşu cinayət işi ilə bağlı ifadə verib. O yeganə şahid kimi məhkəmə qarşısına çıxıb.
Aranxeber xəbər verir ki, nəticə etibarilə cinayətin üstünü açmaqda quşun həm müstəntiqlərə, həm də məhkəməyə köməyi dəyib. O, sahibinin son sözlərini səsləndirərək ona atəş açan şəxsin adını tələffüz edib.
Polis əməkdaşları əvvəlcə zənn ediblər ki, tutuquşunun sahibi qarətçilər tərəfindən öldürülüb. Lakin sonradan Bad adlı tutuquşu qatilin adını çəkərək onları doğru yola yönəldib. Cinayətdən yarım il sonra quş mərhum sahibinin səsi ilə “Mənə atəş açma, Qlenna”, – deyib. Bildirilir ki, həlak olan kişinin həyat yoldaşının adı məhz belədir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…