Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə çağırış edib.
Aranxeber xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, hazırda Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan respublikanın digər şəhər və rayonlarına getmək istəyən insanların sayı artıb:
“Onların diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhəri və Abşeron rayonunun inzibati ərazilərinə giriş-çıxışa tətbiq olunan məhdudiyyət qüvvədə olduğu üçün yalnız təsdiqlənmiş xüsusi ezamiyyət sənədi əsasında, eləcə də yaxın qohumlarının dəfn mərasimində, habelə arayış əsasında dövrün müayinə və müalicələrinə gedib-gələn şəxslər üçün sözügedən ərazilərə giriş-çıxış üçün icazə verilir. Başqa heç bir halda nə Bakıdan rayonlara, nə də rayonlardan xüsusi karantin elan olunan ərazilərə getməyə icazə verilmir”.
K.Əliyev əlavə edib ki, əhali əziyyət çəkib paytaxtdan 50-60 kilometr kənarda yerləşən karantin postlarına getməsin:
“Gedənlər onsuz da geri qayıtmalı olacaq. Hansısa torpaq və ya hər hansı digər yolla getməyə cəhd göstərməsinlər. Çünki belə hərəkətlər xüsusi karantin rejiminin pozulması kimi qiymətləndiriləcək və həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…