Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə rəhbəri vəzifələrini müvəqqəti icra edən Oleq Potanin Qayakənd rayonunun ərazisində ağır yol-nəqliyyat qəzasına düşüb.
Aranxeber oxu.az-a istinadən xəbər verir ki, xəbəri Rusiyanın Chernovik.net saytı yayıb.
Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev ağır vəziyyətdə Qayakənd rayonunun mərkəzi xəstəxanasına yerləşdirilən Oleq Potanini ziyarət edib.
Huşsuz vəziyyətdə olan O.Potaninin müalicəsini davam etdirmək üçün Moskvaya göndəriləcəyi gözlənilir.
Mənbə yazır ki, O.Potanindən başqa, xidməti avtomobildə Şimali Qafqaz Federal Dairəsinin Baş İstintaq İdarəsinin rəisi – general Oleq Vasilyev də olub.
Qeyd olunur ki, yüksək vəzifəli şəxslər Azərbaycan-Rusiya sərhədində baş verən insidentdən sonra vətəndaşlarımıza qarşı açılan cinayət işinin araşdırılması üçün Dağıstana ezam edilib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…