Azərbaycanın Rusiyadakı səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Bununla bağlı səfirliyin mətbuat xidmətindən APA-ya məlumat verilib:
“13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat səfirliyə daxil olan kimi ölkənin İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.
Bundan əlavə, cari ilin 14 iyun tarixində səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.
Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…