Son günlər qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə barəsində böhtan xarakterli video paylaşanları ifşa edib.
Sənətçi Buzovna kəndindəki villasından Xəzər dənizinə açılan möhtəşəm mənzərəni lentə alaraq, sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib:
“Gözəl kəndimiz Buzovna. İnternetdə üzdəniraq elə insanlar gördük ki… Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan atır. Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt evimiz və bağımız olmayıb.
Bunu ona görə deyirəm ki, yalançı hekayələri danışanda həqiqəti biləsiniz. O biri deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma hekayələr danışırlar.
Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Bu adı almağa görə, guya mən kiminləsə görüşmüşəm.
İstedadım olmasaydı, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım, əmim Məlik Dadaşov – “Xalq artisti”, “Şöhrət” ordeni olan insan heç olmasa, mənə fəxri ad verdirərdi. Xalq artisti adına səhnəyə çıxandan 23 il sonra layiq görülmüşəm.
Əziz dostlar, əfsuslar olsun ki, onlar ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insandır. Heyif o ananın südündən”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…