Kürdəmir rayonunda taxıl biçini işləri davam etdirilir.
Reportun verdiyi məlumata əsasən, ilkin olaraq arpa sahələrinin biçini həyata keçirilir. Fermerlər deyir ki, ötən illərə nisbətən bu il məhsul bol olacaq.
Bu günə 500 hektara yaxın zəmidə biçin işlərinin aparıldığını deyən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir rayon “Aqroservis” filialının müdiri Əli Kərimov bildirib ki, biçin işlərinə kifayət qədər texnikaların cəlb olunması fermerlər üçün taxılın vaxtında itkisiz yığılması üçün daha əlverişlidir: “Məhsulun yığımına hər gün mütəmadi nəzarət edilir. Əgər hava şəraiti imkan verərsə, məhsulu 20 günə yığıb təhvil verə bilərik. Bundan başqa, sahələrdən arpanın biçilməsi sona çatdıqdan sonra buğdanın yığımına başlanılacaq”
Kürdəmir DAİM-in əməkdaşı Səlim İsgəndərov taxılın operativ biçilməsi üçün fermerlərə bütün köməkliyin göstərildiyini bildirib: “Fermerlər üçün bütün lazımi şərait yaradılıb. İlkin olaraq 50 hektara yaxın sahədə arpa biçilməsi nəzərdə tutulub. Biçin işləri fermerlər üçün növbəli şəkildə həyata keçrilir. İlk gündən sahələrə ümumilikdə 55 kombayn çıxarılıb. Onlardan 22-si “Aqrolizinq” ASC-yə, 11-i fiziki və hüquqi şəxslərə məxsusdur, 22 kombayn isə ətraf rayonlardan dislokasiya olunublar. Kombayn sürücülərinə Kürdəmir DAİM tərəfindən təlim keçirilib və onlar bu sahədə maarifləndirilib”.
Qeyd edək ki, bu il Kürdəmirdə ümumilikdə 52 min hektar ərazidə taxıl əkilib. Onun da 18 min hektarı buğda, 34 min hektarı isə arpadır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…